Füzuli rayonunda 65 yaşı tamam olan müəllimlərin yubileyləri təntənəli şəkildə qeyd olunur. Belə tədbirlərdən biri 8 saylı tam orta məktəbdə təşkil olunub. Belə ki, məktəbin müəllimi Tahirov Xalid Məhəmmədəli oğlunun və Böyük Bəhmənli 2 saylı tam orta məktəbin müəllimi Əhmədova Nəzifə Abuzər qızının 65 yaşının tamam olması münasibətilə tədbir keçirilib. Hər iki tədbirdə ATİAHİ Füzuli rayon komitəsinin sədri Əli Sadıqov çıxış edərək yubley yaşı tamam olmuş müəllimləri təbrik edib, onlara uzun ömür və cansağlığı arzulayıb. Həmçinin onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.