Müsabiqə qalibləri və 65 yaşı tamam olmuş müəllimlərlə görüş
ATİAHİ Füzuli rayon komitəsi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil edilmiş "İlin peşəkar gənci" və "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)" müsabiqəsinin qaliblərini mükafatlandırıb. Rayon komitəsinin sədri Əli Sadıqov qalibləri təbrik edib. Bildirib ki, Füzuli rayonunun təhsil müəssisələrində işləyən müəllimlər həmkarlar ittifaqı üzvü olaraq ATİAHİ Respublika Komitəsinin təşkil etdiyi müsabiqələrdə və yarışlarda yaxından iştirak edirlər. Ə.Sadıqov qaliblərə uğurlar arzulayıb, fəxri fərman və qiymətli hədiyyələr təqdim edib.
ATİAHİ Füzuli rayon komitəsi tərəfindən həmçinin 65 yaşı tamam olmuş təhsil işçiləri ilə fə görüş keçirilib. Onlara hədiyyələr və fəxri fərmanlar təqdim edilib, rayonun təhsil sisteminin inkişafındakı rolları qeyd olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo