Füzulidə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar voleybol yarışı keçirilib
Füzulidə ATİAHİ rayon komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar təhsil işçiləri arasında voleybol yarışı keçirilib.
Açılış mərasimində çıxış edən komitənin sədri Əli Sadıqov Ulu Öndərin xalqımızın həyatında gördüyü işlərdən danışıb. Bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən adi insan təfəkkürünün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndər tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük əsəri olan müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşları olmaqdan qürur duyur, Ulu Öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Digər çıxış edənlər də Heydər Əliyevin əsasən xilaskarlıq missiyasından danışıblar. 
Çıxışların ardından yarışa start verilib. Maraqlı və gərgin keçən yarışın qalibləri Füzuli rayon komitəsi tərəfindən mükafatlandırılıb.
WhatsApp Image 2023-04-06 at 07.26.15 (1) (1).jpeg 135.83 KB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo