Füzuli rayonunda “Heydər Əliyev ili” çərçivəsində təhsil işçiləri arasında şahmat turniri keçirilib.
ATİAHİ Füzuli rayon komitəsinin təşkilatçılığı ilə baş tutan yarışın açılış mərasimində çıxış edən komitənin sədri Əli Sadıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqın Ümummilli Liderinə çevrilməsini şərtləndirən əsas keyfiyyətlər onun çətin və mürəkkəb dövrdə xalqının köməyinə yetməsi idi. O, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi ortaya qoydu. Xalqımız çox düzgün qərar qəbul edərək yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın hələ kövrək olan müstəqilliyinin qorunmasına və gücləndirilməsinə xidmət edən amil oldu. Ulu Öndərin siyasi hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas oldu. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi.
Digər çıxış edənlər Ulu Öndərin hüquqi dövlət quruculuğundan, təhsil sahəsinə olan xüsusi diqqətindən, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına göstərdiyi dəstəkdən bəhs ediblər.
Ardınca yarışa start verilib. Gərgin və maraqlı anaları ilə yadda qalan şahmat yarışının qalibləri Füzuli rayon komitəsi tərəfindən fəxri fərmanla təltif edilib. Həmçinin qaliblərə qiymətli hədiyyələr verilib.