ATİAHİ Füzuli rayon komitəsinin təşkilatçılığı ilə Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər müəllim adının ucalığından, onların cəmiyyətimizdə rolundan danışblar.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev müəllimlərin cəmiyyətimizdə nüfuzunun artırılması istiqamətində əməli işlər görüb, əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar verib. Ulu Öndərin siyasi kursunun uğurlu davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşmasına həmişə xüsusi qayğı ilə yanaşıb. Bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu ilbəil artır, güzəranı getdikcə yüksəlir. Vurğulanıb ki, müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir. Onlar təhsildə əsas sima, ən əhəmiyyətli şəxsdir. Azərbaycan xalqı onların şərəfli missiyasını həmişə yüksək dəyərləndirib.
Tədbirdə söz alan müəllimlər onlara göstərilən qayğıya görə, təşkilatçılara təşəkkür ediblər.
Sonda müəllimlərə hədiyyələr verilib.