ATİAHİ Füzuli rayon komitəsi 8 Mart Beynəlxaq Qadınlar Günü münasibətilə fəal qadın ittifaq üzvləri ilə bayram tədbiri keçirmiş, 125 nəfərə qiymətli hədiyyə verilmişdir. Tədbirdə Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova və ATİAHİ Füzuli rayon komitəsinin sədri Əli Sadıqov çıxış edərək qadınları təbrik etmişlər. Həmçinin Rayon Təhsil Şöbəsinin məsləhətçisi Şadya Qəhrəmanova, Horadiz şəhər 2 saylı tam orta məktəbin müəllimi Rəqsanə Aslanova, Alıxanlı kənd tam orta məktəbin müəllimi Səmra Əliyeva və başqaları da çıxış edərək göstərilən diqqət və qayğıya görə ATİAHİ Füzuli rayon komitəsinə təşəkkür ediblər. Tədbir iştirakçılarına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.